Hüseyn Arabulu məhkəmə zalından həbsxanaya apardılar

img

04-06-2009 [10:05]


Bu gün Səbail Rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə Azərbaycanın dövlət sərhədini qanunsuz pozmaqda ittiham olunan ?Barmek-Azərbaycan? şirkətinin prezidenti Hüseyn Arabulun məhkəmə prosesi keçirilib. Belə ki, məhkəmə H.Arabul barəsində iki ay müddətinə həbs-qətimkan qərarı çıxarıb. Qərar elan olunandan sonra H.Arabul məhkəmə zalından 1 saylı Bayıl İstintaq Təcridxanasına aparılıb. Məhkəmədə müstəntiq Ramil Tağıyev deyib ki, H.Arabul Azərbaycanın dövlət sərhədini qanunsuz keçib. H.Arabulun vəkili Abbas Atakişi bildirib ki, Arabul məhkəmədə qısı çıxış edib, ona qarşı irəli sürülən ittiham üzrə özünü günahkar bilmədiyini deyib və ittihamı rədd edib. H.Arabul ifadə verməmək hüququndan istifadə edəcəyini söyləyib. H.Arabulun barəsində Azərbaycan Cinayət Maddəsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqı Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsi aparır. H.Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanıb. Onu Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri iyunun 3-də Şəmkir rayonu ərazisində, Gürcüstanla sərhəddə, Alazan çayının kənarında saxlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA