Hüseyn Arabulun barəsində cinayət izi bazlanıb

img

04-06-2009 [06:58]


?Barmek-Azərbaycan? şirkətinin prezidenti Hüseyn Arabulun barəsində cinayət işi başlanıb. İş adamının vəkili Abbas Atakişi ANS PRESS-ə bildirib ki, Azərbaycan Cinayət Maddəsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) maddəsi ilə başlanmış cinayət işi üzrə Arabulun həbs edilməsi mümkündür. Bir neçə dəqiqədən sonra Hüseyn Arabulun həbs olunub-olunmaması məsələsi barədə hüquq mühafizə orqanlarının qərarı məlum olacaq. Vəkilin sözlərinə görə, çünki məhkəmə H. Arabulun icazəsiz başqa yerə getmə və ölkədən çıxmağını qadağan edib. Qeyd edək ki, H. Arabul hazırda Dövlət Sərhəd Xidmətində saxlanılır. O, Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Onu iyunun 3-də Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri saxlayıblar. ?Barmek-Azərbaycan Elektrik Şəbəkəsi? MMC-nin rəhbəri Hüseyn Arabul CM-nin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilərək 5 il şərti azadlıqdan məhrum edilib. Xatırladaq ki, ?Barmek? 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA