Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin iclasına qatılacaq

img

04-06-2009 [05:53]


İyunun 5-də Parisdə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin iclası keçiriləcək. Toplantıda iştirak etmək üçün Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti Parisə yola düşüb. İclasda Avropanı düşündürən ictimai-siyasi proseslər, insan hüquqları, Rusiya?Gürcüstan münasibətləri və digər məsələlər müzakirə olunacaq. Qurumun Ermənistan üzrə həmməruzəçiləri bu ölkədə insan hüquqlarının vəziyyətinə və demokratik institutların fəaliyyətinə dair məruzə təqdim edəcəklər. S.Seyidov deyib ki, iclasda həm də əsas diqqət Avropa Şurasına baş katib seçilməsi məsələsi ilə bağlı müzakirələrə yönəldiləcək. Bu məsələ qurumun iyunun 22-dən 26-dək Strasburqda keçiriləcək növbəti yay sessiyasında da müzakirə olunacaqdır. Yay sessiyasında ölkəmizlə bağlı hər hansı məsələnin müzakirə edilməsi nəzərdə tutulmayıb. Monitorinq komitəsinin toplantısında isə Azərbaycana dair ümumi fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA