Xızır Zində Piri abadlazdırılır

img

04-06-2009 [05:01]


Siyəzən rayonu ərazisindəki Xızır Zində Pirində abadlıq işləri aparılır. Məqsəd ziyarətçilərin hərəkət imkanlarını asanlaşdırmaq, möminlərin ibadət etməsi üçün daha yaxşı şərait yaratmaqdır. Dörd tərəfindən sıldırım qaylarla əhatə olunmuş ziyarətgahda hazırda iki ibadət otağı inşa olunur. Bu otaqların birində kişilərin, digərində isə qadınların ibadət etməsi nəzərdə tutulur. İnşaatçılar Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbət zamanı abadlıq işlərinin iyun ayının axırına kimi davam edəcəyini bildiriblər. Onların sözlərinə görə, ərazinin relyefi sərt olduğu üçün tikinti materiallarını əllərində daşımalı olurlar. Bu isə xeyli vaxt və zəhmət tələb edir. Buna baxmayaraq, bu günə kimi nəzərdə tutulan işin əsas hissəsini başa çatıdmaq mümkün olub. Qeyd edək ki, Xızır Zində Piri Beşbarmaq dağının zirvəsində yerləşir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA