Bəzi valideynlərin sosial vəziyyəti ağır olduğu üçün uzaqlarını internat məktəblərinə verirlər

img

04-06-2009 [02:50]


?Bu gün Azərbaycanın internat məktəblərində təxminən 12 minə yaxın uşaq var. Bunlardan 10 min uşağın hər birinin heç olmasa, bir valideyni sağdır. Bu baxımdan da həmin uşaqların valideynləri ilə görüşünün təşkil olunması vacib məsələlərdəndir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov valideynlərindən hər hansı biri sağ olduğu halda internatda yaşamaq məcburiyyətində qalmış uşaqların probleminə münasibət bildirərkən deyib: ?Hər həftənin şənbə və bazar günlərini bu uşaqların əksəriyyəti evlərində keçirir. Adətən, bəzi valideynlər sosial durumlarının ağır olması səbəbindən uşaqlarını internat məktəblərinə verirlər. İnternat evlərində yaşayan uşaqların heç də hamısı valideyn himayəsindən məhrum deyillər. Valideynlərin əksəriyyəti mütəmadi olaraq öz uşaqları ilə əlaqə saxlayır, onlara baş çəkirlər. Təxminən 600-ə yaxın uşaq isə valideyn himayəsindən məhrumdur. Bunlardan bəzilərinin valideynləri olduğu halda, onlar öz övladlarını yada salmırlar. Belə olan halda dövlət həmin uşaqların qəyyumu sayılır. Amma dövlət bu cür şəxsləri övladları ilə görüşmək üçün məcbur edə bilməz?. Valideynləri həbsdə olan və özləri isə internat məktəblərində yaşayan uşaqlara gəlincə, Y.Bəkirov dedi ki, əgər uşağın valideynlərindən biri həbsdə, digəri azadlıqdadırsa, azadlıqda olan şəxs uşaq arzuladığı halda onu öz valideyni ilə görüşdürməlidir: ?Əgər, uşağın sağ olan yeganə valideyni həbsdədirsə, bu zaman uşaq tabeliyində olduğu internat evinin vasitəçiliyi ilə valideyni ilə görüşdürülməlidir. Uşaq öz valideynini görmək istəyərsə, dövlət nümayəndələri onun üçün bu şəraiti yaratmalıdır. Bu işdə humanistlik nümayiş etdirmək dövlət nümayəndələrinin borcudur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA