Məktəbli düzərgələri normal təzkil olunmur

img

04-06-2009 [02:30]


Təhsil Nazirliyinin məlumatına görə, orta məktəblərdə 1 milyon 400 minə yaxın şagird təhsil alır. Yay tətilinə çıxan məktəb yaşlı uşaqların istirahəti hər bir valideyni düşündürən məsələdir. Çünki sovet dövründə məktəblilərin istifadə etdikləri geniş imkanlar indi yoxdur. Vaxtilə fəaliyyət göstərmiş yay istirahət düşərgələrinin çoxu bağlanıb, olanlarda isə qiymətlər çox bahadır. Buna görə də məktəblilərin böyük əksəriyyəti yay tətili günlərində öz evlərində dincəlməli olurlar. Hazırda ölkədə məktəblilərin yay istirahətinin dincəlməsi üçün 15-ə yaxın özəl və dövlət tabeliyində olan istirahət düşərgəsi fəaliyyət göstərir. Amma sovet dövründə pioner düşərgələrinin sayı 70-ə yaxın olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Lətafət Tağızadə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, bu qurum yalnız aztəminatlı ailələrdən olan az sayda məktəblinin yay istirahatəni təşkil etməyi planlaşdırıb. Təhsil Nazirliyi isə yalnız müxtəlif sahələr üzrə ən istedadlı məktəbliləri bu qurumun hesabına yay istirahət düşərgəsinə göndərəcək. Nazirliyin tərbiyə və hərbi hazırlıq şöbəsindən bildirilib ki, onlar da məktəblilərin yay istirahətinin təşkili ilə birbaşa məşğul deyillər. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Səmayə Məmmədovanın sözlərinə görə, onlar məktəb yaşlı uşaqlar üçün deyil, yalnız gənclər üçün yay istirahət düşərgələri təşkil etməyi düşünürlər. Daxili İşlər Nazirliyinin Şüvəlandakı Çingiz Mustafayev adını daşıyan uşaq istirahət düşərgəsində bir uşağın 24 gün dincəlməsi üçün 190 manat ödəmək lazımdır. Burada yalnız DİN-in öz işçilərinin uşaqları güzəştli şərtlərlə dincələ bilərlər. Deməli ötən illərdə olduğu kimi, bu dəfə də imkansız ailələrin övladları yay istirahətini səmərəli keçirə bilməyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA