Ombudsman vəzifəsinə namizədlərin Milli Məclisə təqdim olunması gecikdirilir

img

04-06-2009 [02:23]


[b]Namizədlərlə bağlı siyahının Prezident Administrasiyasından təqdim olunmaması Elmira Süleymanovaya əlavə şans verir[/b] Xəbər verildiyi kimi, Milli Məclisin ötən iclaslarının birində ?Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında? Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə? qanun layihəsinə bir sıra dəyişikliklər edilib. Təklif olunan dəyişikliyə əsasən, ombudsmanın səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur. Bundan başqa, yeni dəyişikliyə əsasən eyni şəxs hər dəfə 7 il olmaqla 2 dəfə müvəkkil seçilə bilər. Başqa bir dəyişikliyə əsasən, səlahiyyət müddəti bitmiş ombudsman yenisi seçilənədək vəzifəsinin icrasını davam etdirməlidir. Qeyd edək ki, sözügedən qanun layihəsinin müzakirəsi zamanı müxalifətçi deputatlar məhdudiyyətin götürülməsinin əleyhinə çıxsılar da, Konstitusiya Qanununun layihəsi səsçoxluğu ilə qəbul olunub. Ancaq bir məsələ də var ki, qanunun qəbulu Elmira Süleymanovanın yenidən ombudsman olacağı anlamına gəlməməlidir. Çünki "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Qanun Konstitusiya qanunu olduğuna görə altı aydan sonra ikinci dəfə səsverməyə çıxarılmalıdır. E.Süleymanovanın səlahiyyət müddəti isə iyulun 2-də başa çatır. Qanunla ombudsmanın səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim etməli və parlament 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar çıxarmalıdır. Onun üçün də bu dəyişikliyin E.Süleymanovaya aid edilməsi ciddi qanun pozuntu olardı. Artıq müddət başa çatıb. Qanuna görə, iyunun 2-də Azərbaycan prezidenti tərəfindən Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim etməliydi. Ancaq Milli Məclisdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hələlik parlamentə Prezident tərəfindən hər hansı təqdimat daxil olmayıb. Bu barədə mia.az-ı məlumatlarından şəxslərdən biri isə məsələnin bir qədər uzadılacağını bildirib. Bilgili şəxsin sözlərinə görə, ombudsman postuna namizədlərin adlarının Milli Məclisə təqdim olunmasının gecikdirilməsi Elmira Süleymanovanın xeyrinə ola bilər: ?Elmira xanım hazırda vəzifəsini itirməmək üçün ciddi-cəhdlə çalışır. Hakimiyyətdə söz sahibi olan bəzi nüfuzlu şəxslərlə görüşərək, məsələnin onun xeyrinə həll olunmasına cəhd edir. Çünki Elmira Süleymanova növbəti dəfə ombudsman olmaq şansını əldə etsə, bundan sonra ən azı 7 il bu posta sahiblənmiş olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA