icra bazçısı Avropa Birliyinin maliyyələzdirdiyi layihənin icrasına mane olur

img

04-06-2009 [01:46]


Azad İstehlakçılar Birliyi (AİB) bələdiyyələrlə bağlı layihəsini həyata keçirməkdə böyük çətinliklərlə üzləşib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AİB sədri Eyyub Hüseynov məlumat verib: ?Yanvar ayının əvvəlindən etibarən bizim təşkilat Avropa Birliyi tərəfindən maliyyələşdirilən ?Bələdiyyələrin sosial və ekoloji imkanlarının artırılması? adlı layihə həyata keçirir. Layihə iki il müddətinə nəzərdə tutulub və Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının uzaq kənd bələdiyyələrində həyata keçirilir. Hər rayonda 10 kənd bələdiyyəsinin imkanlarının yaxşılaşdırılması planlaşdırılır. Artıq bəzi kəndlərin bələdiyyələri kompüter, mebel dəsti və rəngli printerlərlə təmin olunub. Layihə çərçivəsində treninqlər də keçiriləcək. Bələdiyyələrin sosial imkanlarını artırmaq üçün əhalinin və bələdiyyələrin beynəlxalq donorlara çıxışını təmin etməyə çalışacayıq. Kəndlərə su çəkilməsi, məktəblərin, tibb məntəqələrinin təmirini bu yolla həyata keçirmək niyyətindəyik. Onu da qeyd edim ki, layihə çərçivəsində 30 nəfər işlə təmin olunub?. AİB sədri deyib ki, layihə çərçivəsində üzləşdikləri problemdən yaxa qurtara bilmirlər. Onlara ən böyük problem isə Neftçala rayon İcra Hakimiyyəti tərəfindən yaradılır: ?Dəfələrlə Prezident Administrasiyasına, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə rəsmən müraciətlər edib, görüşlər keçirib, layihənin məğzini onlara təqdim etmişik. Lakin Neftçala rayonunda üzləşdiyimiz problemdən yaxa qurtara bilmirik. Həmin rayonun icra başçısı Taleh Qaraşovun tapşırığı ilə bu rayonda bizim layihənin icrasına müxtəlif üsullarla mane olurlar. Belə ki, icra başçısı bələdiyyələrin binasına avdanlıqların yerləşdirilməsinə icazə vermir. Dünən mövcud problemlə bağlı icra başçısı ilə görüşmək üçün Neftçala rayonuna getmişdim. Amma icra başçısı məni qəbul etmədi. Ötən ay isə Prezident Administrasiyasının Ərazi İdarəetmə Məsələləri üzrə Şöbə müdirinin qəbuluna yazıldım və müdir müavini Hüseyn Mansurovla görüşdüm. Bundan sonra Ramiz Mehdiyevə də məktub ünvanladım. Ayın 19-dan məsələylə bağlı heç bir xəbər yoxdur. Bundan başqa, Saatlı rayonunda da bəzi xırda problemlər yaşanmaqdadır?. E.Hüseynov Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi fikir yaratmamaq naminə bir müddət gözləmək niyyətində olduqlarını da bildirib: ?Hələlik problemlə bağlı bir az da gözləmək qərarına gəlmişik. Əgər məsələ həllini tapmasa, Avropa Birliyindən layihənin dayandırılmasını xahiş edəcəm. Çox təəssüflər olsun ki, bu addım ölkəmiz haqda mənfi fikirlər yaradacaq. Çünki bu məsələ həmin birliyin hesabatında öz əksini tapacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA