Azərbaycan Gənclər ittifaqı ?Regionlarda Gənclərin Biznes Mərkəzlərinin yaradılması? layihəsini təqdim etdi

img

04-06-2009 [01:32]


3 iyun 2009-cu il tarixində Azərbaycan Gənclər İttifaqı ?Regionlarda Gənclərin Biznes Mərkəzlərinin yaradılması? layihəsini təqdim etdi. ?Trend? İnformasiya Agentliyinin konfrans zalında baş tutan təqdimetmə zamanı Azərbaycan Gənclər İttifaqının ekspert-məsləhətçisi və layihənin əlaqələndiricisi Fuad Dərgahlı mətbuat nümayəndələri, beynəlxalq təşkilatlar və yerli QHT-lərə məlumat verərək bildirdi ki, layihə Azərbaycan Gənclər İttifaqının rəhbərliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinindəstəyi ilə bu ilin aprel ayının sonlarından həyata keçirilməyə başlanıb. Layihə çərçivəsində Quba və Mingəçevir şəhərələrində Gənclərin Biznes Mərkəzlərinin yaradılması və sonradan onun fəaliyyət göstərməsi nəzərdə tutulub. Sözügedən şəhərlərdə işsiz gənclərin siyahısı tərtib olunacaq, regionlarda planlaşdırılan yeni açılacaq iş yerlərinin siyahısı hazırlanacaq, eləcə də, yeni açılmış iş yerləri və digər müəsissələrdə vakant yerlər müəyyən edilərək məlumat bazasının yaradılması həyata keçiriləcək. Bununla bərabər həmçinin mövcud iş elanlarının toplanması və yeni iş yerləri ilə bağlı elanların hazırlanması və müvafiq qruplar arasında yayılması, işsiz gənclərin işlə təmin olunmasında onların biznes strukturları ilə əlaqələrinin yaradılması da, fəaliyyət planına daxil olunmuşdur. Qeyd edilən şəhərlərdə aktiv gənclər qrupları formalaşaraq, onlar arasında ?Komadada iş?, ?Özünü təqdimetmə bacarıqlarının aşılanması?, ?CV-nin hazırlaması qaydası?, ?İşdə rəhbərliklə işgüzar münasibətlərin qurulması? kimi mövzularda treninqlər keçiriləcəkdir. Gələcəkdə təlim kurslarında biliklərə yiyələnən dinləyicilər həm özləri bu məlumatlardan yararlanacaq, həm də, öz yaşıdları arasında həmin informasiyanı yayacaqlar. Daha geniş gənclər auditoriyası üçün mütəxəssislər ?açıq qapılar?, ?dəyirmi masalar? təşkil edəcək, biznes qurmaq istəyən gənclərə ilkin maddi dəstəklə (qrant və yaxud sərfəli kreditlə bağlı) hara müraciət etmələri və cəlbedici, lakin real biznes planlarının hazırlanması istiqamətində köməklik göstərəcəklər. Sualları cavablandıran F.Dərgahlı qeyd etdi ki, layihə zamanı regional TV kanalları vasitəsi ilə gənclərin işlə təmin olunması və bu istiqamətdə müvafiq bacarıqları qazanmaq üçün informativ-maarifləndirmə verilişləri hazırlanacaq. Həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri ilə də görüşlər və seminarların keçirilməsi nəzərdə tutulub. Bu əlaqələrin əsas məqsədi yeniyetmələrin gələcəkdə peşə seçimində kənar təzyiqlərdən azad düzgün qərar qəbul etmələrinə istiqamətlənmədir. Layihə 2009-cu ilin oktyabr ayında başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA