Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüzü bazlayıb

img

04-06-2009 [10:53]


Bu gün Azərbaycan və Ermənistan prezidentləri-İlham Əliyevlə Serj Sarkisyanın Sankt-Peterburqda sayca 5-ci görüşü keçiriləcək. ?Ancaq bu görüşdə Dağlıq Qarabağ məsələsi üzrə yeni razılaşmanın əldə olunması gözlənilmir?. Bunu Rusiya prezidenti Dmitri Medvedevin köməkçisi Sergey Prixodko bəyan edib. ?İnterfaks? agentliyinin məlumatına görə, Prixodko bu görüşün münaqişə ilə bağlı ayrıca üçtərəfli görüş olmadığını deyib. Onun sözlərinə görə, bu, sadəcə Sankt-Peterburq iqtisadi forumu çərçivəsində keçirilən danışıqlar olacaq. Əvvəlcə Medvedev İlham Əliyevlə, sonra Serj Sarkisyanla görüşəcək. Bundan sonra Rusiya dövlət başçısı hər iki prezidentlə şam yeməyi süfrəsinə əyləşəcək. Sergey Prixodkonun sözlərinə görə, Rusiya prezidenti həmkarlarını birlikdə Neva çayı üzərində gəmi ilə gəzintiyə də dəvət edəcək. Münaqişənin nizamlanmasının ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığını xatırladan diplomat rəsmi Moskvanın Qarabağ məsələsində prinsipial mövqeyinin dəyişmədiyini və Azərbaycanla Ermənistanı razı salan istənilən anlaşmaya tərəfdar olduğunu deyib. ANSTV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA