Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri bir araya gəldi

img

03-06-2009 [06:58]


Bu gün Müsavat Partiyasının qərargahında ?Qarabağ və Respublika Uğrunda? Vətəndaş Hərəkatına daxil olan partiyaların növbəti toplantısı keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib. Toplantıda bələdiyyə seçkilərinə hazırlığın gedişinin geniş müzakirə edildiyini vurğulayan Müsavat başqanı hakimiyyətin son addımları ilə bağlı məsələlərin müzakirə edildiyini də bildirib: ?Toplantıda avtoritar və korrupsioner iqtidarın daxili siyasətdə yol verdiyi bir sıra qanunsuzluqlara diqqət yetirilib. Vətəndaş Hərəkatının təsisçiləri ombudsmanla bağlı mövcud qanunun kobud surətdə pozulmasını, ombudsmanın yalnız bir dəfə seçilməsi ilə bağlı müddəanın ləğvinin faktiki olaraq Azərbaycanda ombudsmanlıq institutunun mahiyyətini dəyişdiyini və demokratikləşmədə rolunu azaldacağını vurğulayıblar. Hesab edirik ki, bu fakt ölkədə insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaradacaq?. Vətəndaş Hərəkatı son zamanlar Azərbaycan Milli Ordusunda baş verən hadisələri müzakirə edərək, Azərbaycanda dinc dövrdə orduda xidmət edən əsgər itkisinin çox olmasını, ordunun təchizatında ciddi cinayət xarakterli nöqsanlardan, zabitlərin əsgərləri öz xüsusi məqsədləri ilə istifadə etdiyini və bunun da ağır nəticələrə gətirib çıxardığını nəzərə alaraq Milli Orduda yaranmış vəziyyətin təhlükəli istiqamətdə inkişaf etdiyini bildirir və bununla bağlı təxirəsalınmaz addımlar atılmasını zəruri hesab edib. Liderlər son vaxtlar Azərbaycanda, xüsusilə Bakı şəhərində müxtəlif bəhanələr altında dini ibadət yerlərinin bağlanması, sökülməsi və dindarların birgə ibadətinə imkan verilməməsini ölkəmizin Konstitusiyasında da əksini tapmış vicdan azadlığı prinsipinin məhdudlaşdırılması kimi qiymətləndirir və iqtidarı bu cür addımlar atmaqdan çəkinməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA