ilham Əliyev Nəriman Nərimanov prospektindəki parkın, N.Nərimanovun abidəsinin əsaslı təmir və yenidənqurma izləri ilə tanız olub

img

03-06-2009 [06:47]


Bu gün prezident İlham Əliyev Bakının Nəriman Nərimanov prospektindəki parkın, N.Nərimanovun abidəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Nəriman Nərimanov prospektindəki park müasir standartlara uyğun yenidən qurularaq istifadəyə verilib. 1972-ci ildə salınan bu parkda yenidənqurma işləri 2008-ci ilin iyulunda başlanıb. Prezident İ.Əliyevə məlumat verilib ki, bərpa və yenidənqurma işləri nəticəsində bu park ən müasir standartlara uyğunlaşdırılıb. Parkın beton örtüyü və köhnə üzlük plitələr yeniləri ilə əvəz olunub, yaşıllıq zolaqları təzədən salınıb, müasir oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib. Parkda quraşdırılmış avtomatlaşdırılmış sistem yaşıllıqların davamlı olaraq suvarılmasına xidmət edəcək. Nəriman Nərimanovun abidəsinin postamentinə yeni qranit üzlük çəkilib. Abidənin özü isə tam bərpa olunub. Burada parka xüsusi yaraşıq verən müasir fəvvarə inşa edilib. Parkın işıqlandırma sistemi təzələnib, işıq dirəkləri dəyişdirilib, yeni və keyfiyyətli lampalar quraşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA