Arabul Azərbaycandan qaçmaq istəyərkən Şəmkir sərhədçiləri tərərfindən tutulub

img

03-06-2009 [06:00]


?Barmek-Azərbaycan? şirkətinin prezidenti Hüseyn Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Lent.az-ın məlumatına görə, türkiyəli iş adamını iyunun 3-də saat 02 radələrində Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri saxlayıblar. Mənbə əməliyyat zamanı Arabulun işlətdiyi bir cümləni də sitat gətirir: ?Azərbaycanda mənim belimi qırdılar...? Qeyd edək ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti cəzaya məhkum edilib. O, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz. Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elşən müəllim (soyadını deməkdən imtina elədi) Müstəqil İnformasiya Agentliyinə: "Yazili şəkildə suallarınızı göndərin araşdırıb cavab verək" deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA