Fazil Qəzənfəroğlu: ?Bütün təhsil ocaqları Daxili izlər Nazirliyi tərəfindən qorunmalıdır?

img

03-06-2009 [05:19]


?Təhsil haqqında qanunda çox ciddi düzəlişlər nəzərdə tutulur. Amma hələki bu qanun qəbul olunmayıb. Bu, xüsusilə boloniya sisteminə keçid, bakalavr, magistratura, təhsilin məqsədi, xarakterinin dəyişməsi ilə bağlı xeyli dəyişikliklər olacaq?. Bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. Deputat bildirib ki, əgər nəzərdə tutulan dəyişikliklər qəbul olunsa, bu qanun mütərəqqi bir adım olacaq. F.Qəzənfəroğlu Neft Akademiyasındakı hadisədən sonra təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi barədə də fikirlərini bildirib: ?Bütün təhsil ocaqlarının təhlükəsizliyini dövlət öz üzərinə götürməlidir. Məncə, artıq bu istiqamətdə lazımi tədbirlər görülür. Özəl təhsil ocaqları isə təhlükəsizlik işləri ilə əlaqəli dövlət qurumları ilə müqavilə bağlamalıdırlar. Bunu yalnız sərbəst mühafizə sisteminin üzərinə qoymaq çox yalnış olardı. Fikrimcə, bütün təhsil ocaqları Daxili İşlər Nazirliyi tərəfindən qorunmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA