Qızılbaz Gəncləri Maarifləndirmə ictimai Birliyi bölgələrdə təlimlərə bazlayıb

img

03-06-2009 [04:30]


Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı Azərbaycanın bölgələrində təlimlərə başlayıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə birlikdən daxil olub. Məlumata görə, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurası tərəfindən maliyyələşdirilən ?Yeniyetmə və Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi təlimi? mövzusunda layihə çərçivəsində ilk belə tədbir Füzuli rayonunun Qayıdış qəsəbəsində keçirilib. Qəsəbədə yerləşən 7 saylı orta məktəbin zalında keçirilən seminarda 15-29 yaşlarında olan gənclər və yeniyetmələr qatılıb. Qızılbaş GMİB-nin sədri Elnur Məmmədli tədbir iştirakçılarına təşkilat barədə məlumat verib. Sonra gündəliyə uyğun olaraq təlimçi Mirmehdi İbişov ?Yeniyetmə və Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi təlimi? mövzusunda məruzə çıxış edib. M. İbişov hazırda Azərbaycan gənclərinin durumu ilə müqayisədə bölgədə yaşayan gənclərin vəziyyətini müqayisə edib və xüsusilə cəbhə bölgəsində yerləşən ərazilərdə gənclərin öz vətənləri barədə geniş bilgiyə, torpağa bağlı olmasını vacib sayıb. O, hazırda gənclərin vətənpərvər ruhda böyüməsi üçün lazımlı təbliğatın aparılmadığını və bunun da ilk olaraq orta məktəblərdə həyata keçirilməli olduğunu deyib. ?Qızılbaş? GMİB-nin sədri Elnur Məmmədli isə ?Azərbaycan gənclərinin müstəqil Azərbaycan və Qarabağ düşüncələri ? mövcud vəziyyət, tarix və qarşıda dayanan vəzifələr? mövzusunda çıxış edib. O, ölkə gənclərinin vətənpərvər ruhda böyüməsi üçün birinci növbədə elektron KİV-də təbliğatın aparılmasını vacib sayıb. Amma bu mövzuda telekanallarda hazırda efirə verilişlərin bayağı olduğunu bildirən E. Məmmədli buna görə də bir sıra ictimai təşkilatların bölgə-bölgə, hər bir gənclər qrupu ilə ayrılıqda görüşərək onlarla canlı təbliğat aparmağa məcbur olduqlarını qeyd edib. Seminarda həmçinin, diskussiya təşkil olunub. Gənclər diskussiya zamanı müxtəlif maraqlı təkliflərlə çıxış ediblər. Onlar qəsəbədə idman zallarının açılmasını, hərbi təlim dərslərinin keçirilməsinə hərbçilərin cəlb olunmasını, hərbi hissələrə mütəmadi olaraq gənclər qruplarının səfərlərinin təşkil edilməsini vacib sayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA