Əsirlikdə olan Azərbaycan əsgəri Anar Hacıyev ailəsinə məktub göndərib

img

03-06-2009 [03:59]


Ermənistanda əsirlikdən olan Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyev ailəsinə məktub göndərib. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, BQXK-nin Xankəndindəki ofisinin nümayəndələri mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər. Onlar Anar Hacıyevin saxlanma şəraitinin və səhhətinin monitorinqi keçirilib, onun təkbətək söhbət aparılıb. Hacıyevin ailəsinə yazdığı məktub BQXK-nın Bərdə ofisinin nümayəndələri vasitəsilə ünvanına çatdırılıb. Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, bu ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA