Nuzirəvan Məhərrəmli: ?Həm uzaq pornoqrafiyası, həm iqtisadi cinayətkarlıq və s. problemlərlə bağlı internetin fəsadları artıq üzə çıxı

img

03-06-2009 [03:08]


?Telekanallarla bağlı monitorinq aparılır. Gələcəkdə də bu istiqamətdə davamlı iş aparılacaq?. Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərəmmli Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, hələlik elə bir ciddi qanun pozuntularına rast gəlinməyib. Şura sədri bildirib ki, əgər hansısa ciddi qanun pozuntusu baş verərsə, Milli Televiziya və Radio Şurası bu istiqamətdə müvafiq tədbirlər görəcək. N.Məhərrəmlinin sözlərinə görə, sabah İnternet Medianın Tənzimlənməsi ilə bağlı tədbir olacaq: ?Bu da çox ciddi məsələdir. Bizdə 3 il bundan öncə İnternet Mediası ilə bağlı tədbir keçirilib. İndi İnternet Media ilə bağlı bütün Avropanın inkişaf etmiş ölkələri xüsusi müzakirələr aparır. İnternet Media tənzimlənsin və ya tənzimlənməsin,- bu sual bizləri çox düşündürür. Ona görə də Avropa Şurası ilə birgə tədbir keçirmək fikrindəyik. Mənə elə gəlir ki, internet hər hansı bir şəkildə olsa da, tənzimlənməlidir. Amma onu da nəzərinizə çatdırım ki, bizdəki internet səviyyəsi Avropa ölkələrində olduğu kimi, inkişaf etməyib. Əgər inkişaf etsəydi, görün, nə qədər problemlər ortaya çıxardı. Həm uşaq pornoqrafiyası, həm iqtisadi cinayətkarlıq və s. problemlərlə bağlı internetin fəsadları artıq üzə çıxıb. Ona görə də xüsusi olaraq bu sahə tənzimlənməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA