iranın Azərbaycanın daxili izlərinə müdaxiləsi rəsmi Bakının təəccübünə səbəb olub

img

03-06-2009 [02:01]


?Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir və bizim də daxili işlərimizə hər hansı dövlətin müdaxiləsi yolverilməzdir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov İsrail prezidentinin Azərbaycana nəzərdə tutulan səfərinə rəsmi Tehranın müdaxilə etməsinə münasibət bildirərkən deyib: ?İran tərəfinin hərbiçilər səviyyəsində bu cür bəyənatlarla çıxış etməsi bizdə təəccüb doğurur. Bundan əlavə, İran tərəfi Azərbaycanın ərazilərini işğal edərək, müsəlman dinc əhalini didərgin salan və işğal olunmuş ərazilərdə müsəlman abilərinin dağıdan bir ölkə ilə dostluq münasibəti qurur. Ona görə də rəsmi Tehranın bu mövqedən çıxış etməyə mənəvi haqqı olmamalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA