ƏƏSMN əmək müqavilələri və təhlükəsiz əmək zəraiti ilə bağlı nöqsanlar azkarlayıb

img

03-06-2009 [01:30]


?Tikinti və ya özəl şirkətlərdə elə də mühüm reydlər aparılmır. Hələki cari işlər üzrə bütün rayon və şəhərlərdə reydlər aparılır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli nazirlik tərəfindən əmək pozuntularına qarşı aparılan mübarizəyə münasibət bildirərkən deyib: ?İstər özəl şirkətlər, istərsə də dövlət və iri istehsalat müəssisələrində yoxlamalar və əmək qabiliyyətinə nəzarət işləri aparılır. Çox təəssüflər olsun ki, yoxlamaların aparıldığı şirkətlərin adlarını çəkə bilməyəcəm?. E.Kələntərli onu da bildirib ki, aşkarlanan əsas nöqsanlar əmək müqavilələri və təhlükəsiz əmək şəraiti ilə bağlıdır: ?Aparılan reydlər zamanı işçilərin əmək müqavilələrinin olub-olmadığını və onların əmək haqlarının necə ödənilməsinə nəzarət edirik. Yoxlamalar zamanı bizim məqsədimiz hansısa şirkəti cərimələk və fəaliyyətini dayandırmaq deyil. Sadəcə olaraq, öz bildirişlərimizi və nöqsanların aradan qaldırılması üçün onlara vaxt veririk. Bu vaxt başa çatdıqdan sonra isə öz qərarımızı onlara təqdim edirik?. E.Kələntərlinin sözlərinə görə, neçə istehsalat sahəsində reydlər aparılması və nə qədər əmək müqaviləsi olmayan işçilər aşkarlanması barədə nöqsanlar 6 ayın yekununda ? iyunun sonunda bəlli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA