Xəstəxanalarda ilan sancmalarına qarzı vaksinlərin çatızmamasına səbəb baz həkimlərdir

img

02-06-2009 [05:48]


?Yay mövsümü ilə əlaqədar ilanların artması insanlar üçün çox təhlükəlidir. Bildiyiniz kimi, ilanlar əsasən insanların çox sıx yerləşdiyi ərazilərə toplaşırlar. Bu il ilan sancmaları ilə əlaqəli Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə 3 nəfər müraciət edib?. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov verib. Şöbə müdiri deyib ki, yarana biləcək bütün problemlərin qarşısını almağa tam hazırdırlar: ?Bizim Mərkəz Səhiyyə Nazirliyi tərəfindən zərdabla tam təmin olunub. Əgər belə bir halla bağlı kimsə bizə müraciət edərsə, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsi olaraq əlimizdən gələni etməyə hazırıq?. Ölkə mətbuatında isə bildirilib ki, bəzi xəstəxanalarda ilan sancmalarına qarış vaksinlər çatışmır. A.Maqsudovun sözlərinə görə, əksər xəstəxanalarda vaksinlərin olmamasına səbəb həmin xəstəxanaların onlara müraciət etməməsi ilə əlaqələdir: ?Həmin xəstəxanalar bu haqda məsələ qaldırmalıdır ki, biz də bu xəstəxanalara vaksinlər verək. Əksər Təcili və Təxirəsalınmaz Stansiyalar bu vaksinlərlə təmin olunub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA