Dövlət komitəsi ölkə ərazisinin peyklə çəkilizi həyata keçirir

img

02-06-2009 [05:42]


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi və nəzarəti ilə Azərbaycan Respublikası ərazisinin aerofotoçəkilişi və peyk çəkilişi işləri davam etdirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə komitənin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, bu günə qədər Abşeron yarımadasının və Bakı şəhərinin, Respublikanın digər şəhər və rayon mərkəzlərinin 1:1000 miqyasında ortofotoplanların hazırlanması üçün nəzərdə tutulan aerofotoçəkiliş işləri tamamlanıb. Hal-hazırda ölkənin digər ərazilərinin 1:5000 miqyasında ortofotoplanlarının hazırlanması ilə bağlı aerofotoçəkilişlər davam etdirilir. Bununla yanaşı ABŞ-ın "İKONOS" peyki vasitəsilə Respublikanın dağlıq və sərhəd ərazilərinin 1:10000 miqyasda ortofotoplanlarının tərtibi üçün peyk çəkilişi işləri həyata keçirilir. Qeyd etmək lazımdır ki, ortofotoplanların hazırlanması üçün texniki spesifikasiyalar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ekspertləri tərəfindən hazırlanıb. Komitədən bildirilib ki, aerofotoçəkiliş və peyk çəkilişi materialları əsasında tərtib olunub və təhvil verilmiş ortofotoplanlar yüksək keyfiyyətlə seçilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA