QHT Şurası qanunu pozmuz QHT-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər

img

02-06-2009 [04:45]


?Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası, layihəsi dəstəklənmiş QHT-lərin işinə ciddi nəzarət edir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı məlumat verib: ?Layihəsi Şura tərəfindən dəstəklənmiş QHT-lərin layihə çərçivəsində gördükləri işlərlə bağlı bütün cari məlumatlar Şurada var. Ayrı-ayrı təşkilatlar üzrə kuratorlar onların təşkil etdiyi tədbirlərə nəzarəti həyata keçirirlər. Kuratorlar QHT-lərin keçirdikləri tədbirlərdə iştirak edir, tədbirlərin layihələrə uyğunluğunu yoxlayırlar. Onlar həmçinin, layihələrin maliyyə vəziyyətini də yoxlamaq səlahiyyətinə malikdirlər. Yəni ayrılmış maliyyə vəsaitinin konkret olaraq, hansı məqsədlə və necə xərcləndiyinin qanunauyğunluğunu yoxlaya bilərlər. Bundan əlavə, Şuranın maliyələşdirdiyi 226 layihənin monitorinqini həyata keçirəcək iki təcrübəli QHT bu işə cəlb olunub. Bunlar Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Dünən bu təşkilatların rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə maliyyələşdirilmiş layihələr üzrə aparılacaq monitorinqin metodologiyası, yolları, vasitələri və formaları müzakirə olundu. Konkret olaraq qərara gəlindi ki, bu iki təşkilatın hər biri 113 təşkilat üzərində monitorinq prosedurunu həyata keçirsinlər. Eyni zamanda, layihələri həyata keçirən QHT-lərin təlim bacarıqlarının artırılması ehtiyacları və zərurəti , onların intellektual, elmi potensialları öyrənilir. Nəticə etibarı ilə, ilin sonunadək böyük bir hesabatın hazırlanması nəzərdə tutulur. Fikrimizcə, bu hesabat bütövlükdə Azərbaycan QHT sektorunu əhatə etməsə də, ən azı 226 təşkilat səviyyəsində real mənzərəni ortaya qoyacaq?. S.Alışarlının sözlərinə görə, monitorinqlərə cari ayın 10-da başlanıla bilər: ? Layihələrin icrası mayın 1-dən başladığından həmin gündən Şura katibliyi tərfindən onlara nəzarət edilir. Ayrıca aparılacaq monitorinqə çox güman ki, iyun ayının 10-dan start veriləcək?. S.Alışarlı deyib ki, layihə yekunlaşmamış katibliyin əməkdaşları yol verilmiş qanun pozuntularını açıqlamırlar: ?Şura sədri də belə hallar aşkarlanacağı təqdirdə qəti şəkildə qarşısının alınmasına dair göstəriş verib. Buna müvafiq olaraq biz hələki qanun pozuntusuna yol vermiş təşkilatların adını açıqlamırıq. Çünki bu cür pozuntular ya Şura əməkdaşları, ya da monitorinq qrupunun üzvləri tərəfindən aradan qaldırılır. Amma əgər bu çatışmazlıqlar onların verdikləri aralıq, rüblük hesabatlarda öz əksini tapsa, təbii ki, bu zaman həmin təşkilatlara qarşı daha konkret addımlar atılacaq. Əgər ayrılmış maliyyə vəsaiti təyinatı üzrə xərclənməzsə, Şuranın həmin təşkilatla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək səlahiyyəti də var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA