Xanlar Vəliyev: "Əsgərlərin zəhərlənməsi ilə bağlı ekspert rəyi prokurorluğa verilməyib"

img

02-06-2009 [02:59]


Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Ümumqoşun Təlim Mərkəzində baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma ilə bağlı eyni əməllər ağır nəticələrə səbəb olma (342.2) maddəsi ilə cinayət işi açılıb. Bu barədə iyunun 2-də jurnalistlərə respublikanın hərbi prokuroru Xanlar Vəliyev açiqlama verib. Xanlar Vəliyev deyib ki, hadisə ilə bağlı ekspertizanın rəyləri hələ Hərbi Prokurorluğa təqdim olunmayıb. Qeyd edək ki, mayın 26-da Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib. Müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan, əlavə müayinə və müalicəyə cəlb edilib. Həmin əsgərlər iki gün sonra hospitaldan hərbi hissələrinə buraxılıblar. Əsgərlərə əsgərlərə mədələrinin funksional pozulması diaqnozu qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA