DAK-da struktur islahatları olub

img

02-06-2009 [02:46]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) işinin səmərəli təşkil edilməsi, təşkilatlanması və qurumun sıralarının genişləndirilməsi məqsədilə DAK həmsədrləri bir sıra sərəncam imzalayıb. Bu barədə mzlumat Müstəqil İnformasiya Agentliyinə DAK-dan daxil olub. Verilən məlumata görə, bu məqsdlə DAKın tərkibində Daimi Katiblik formalaşdırılıb. Samir Əsədli katibliyin rəhbəri təyin olunub. DAK həmsədrlərinin digər sərəncamıyla Ukrayna nümayəndəliyinin 16 may 2009-cu il tarixində keçirilmiş konfransının qərarları təsdiq edilib. Eyni zamanda həmsədrlər Möhlət Yolçu oğlu Hüseynovu Ukrayna nümayəndəliyinin, Araz Əlövsət oğlu Xudiyevi Qazaxıstan nümayəndəliyinin, Ağası Baba oğlu Məmmədovu (Ağası Hun) Moldova (eyni zamanda Qaqauz Yeri muxtar qurumunda) nümayəndəliyinin rəhbəri təyin ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA