Misir Mərdanov DiN və prokurorluqla danızıqlar apardığını deyir

img

02-06-2009 [02:34]


?Azərbaycanın təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması ilə bağlı daxili işlər naziri və baş prokurorla danışıqlar aparılıb. Hazırda isə danışıqlar rəsmiləşmək ərəfəsindədir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlama verərkən deyib. Nazir bildirib ki, yeni dərs ilindən bütün universitetlərdə və böyük orta məktəblərdə təhlükəsizlik tədbirləri dövlət tərəfindən həyata keçiriləcək: ?Açığı, dövlətin 4 min 500-dən çox məktəbin hamısının qorunması üçün maddi imkanı yoxdur. Daxili İşlər Nazirliyi də bununla bağlı müəyyən güzəştlər etməyə söz verib. Amma Bakıda və rayonlarda məktəblərin əksəriyyəti dövlətin xüsusi mühafizə xidməti tərəfindən qorunacaq. Heç kəs, o cümlədən, Təhsil Nazirliyi istəməz ki, şagirdlərin və tələbələrin təhlükəsizliyi ilə bağlı hər hansı problem olsun. Çalışacağıq ki, təhsil müəssisələrində Neft Akademiyasında baş vermiş hadisə bir daha təkrarlanmasın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA