AMEA-nın təmirinə lazımi vəsait ayrılmayıb

img

02-06-2009 [01:26]


Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) neçə müddətdir ki, təmir işləri gedir. Ancaq nədənsə, təmir-bərpa işləri hələ də yekunlaşmayıb. Bu barədə Müsqəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Məmməd Əliyarov deyib ki, AMEA-da gedən təmir işləri ilin sonuna kimi başa çatacaq. AMEA əməkdaşı onu da vurğulayıb ki, təmir-bərpa işləri ilə bağlı vəsaitin ayrılmasında da müəyyən problemlər var: ?Təmir işləri üçün lazımi vəsait ayrılmayıb. Hələlik təmirə ayrılan vəsait keçən ilkidir. Ancaq ilin sonuna kimi müəyyən qədər vəsaitin ayrılması gözlənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA