ABŞ prezidenti Barak Obama ilham Əliyevə məktub göndərib

img

01-06-2009 [06:17]


Prezident İlham Əliyev iyunun 1-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın məktubunu Azərbaycan Prezidentinə çatdırıb. Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilişini böyük nailiyyət kimi dəyərləndirərək, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu digər iri enerji layihələrinin də enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyini vurğulayıb. İlham Əliyev ölkələrimizin mühüm məsələlər üzrə birgə işləri bundan sonra da davam etdirəcəyinə əminliyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA