Müsavat Partiyası sabah iranın ölkəmizdəki səfirliynin binası qarzısında aksiya keçirəcək

img

01-06-2009 [05:05]


Müsavat Partiyası sabah saat 12.00-da İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirəcək. Güney Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının təhdid olunmasına etiraz əlaməti olaraq keçiriləcək aksiya barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, artıq partiya bu barədə qərar verib. A.Hacılı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə gün öncə aksiya keçirmək barədə məktub ünvanlasalar da, hələ də cavab almayıblar: ?Mən, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Ramazanovla əlaqə saxladım, o da bildirdi ki, bu gün axşama kimi hər hansı bir cavab veriləcək. Ancaq hələ də cavab almamışıq. Bu səbəbdən də partiya sabah saat 12.00-da İran səfirliyinin binası qarşısanda aksiya keçirməyə qərar verib?. İcazəsiz aksiya keçirərkən polisin müdaxiləsi ilə qarşılaşıb-qarşılaşmayacaqlarına gəlincə, Müsavat yetkilisi bildirib ki, onlar polisin zorakılığa əl atacaqlarını güman etmirlər: ?Hesab edirik ki, bizim bu piketimiz Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının qoruqması naminə keçirilən bir aksiyadır. Yəni burada bizim milli maraqlarımızdan söhbət gedir. Bu baxımdan icazə verilib-verilməməsindən asılı olmayaraq, polisin zorakılığa əl atacağına inanmırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA