Elçin Behbudov keçmiz həmkarına qarzı qanunsuz hərəktlərin edildiyini deyir

img

01-06-2009 [03:03]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sabiq həmtəsisçisi Pərviz Dəyistani cinayət məsuliyyətinə cəlb olunan zaman ona qarşı ciddi qanun pozuntularına yol verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən sözügedən komitənin sədri Elçin Behbudovun sözlərinə görə, P.Dəyistani 2 ay müddətinə azadlıqdan məhrum edilib: ?Pərviz cinayət məsuliyyətinə cəlb olunmazdan öncə aprel ayının 15-də idarə heyyətinin qərarı ilə komitədən xaric olunub. Bu yaxınlarda mən şəxsən onunla görüşdüm. Görüşdən sonra məlum oldu ki, ona qarşı ciddi qanun pozuntuları olub. Cinayətin təşkilatçısı olan qadın azad olunsa da, sadəcə, adi bir icraçı olan Pərvizə 2 ay həbs cəzası verilib. Qanunsuz olaraq, onu 7 gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlayıblar. Qanuna müvafiq olaraq, dərhal onun ailəsinə həbsi barədə xəbər verilməli olsa da, 3 gün ərzində onun rayonda olması haqda ailəsinə yalan informasiya verilib. Həm də vəkil tələb etsə də, onu vəkillə təmin etməyiblər. Dindirmələr vəkilin iştirakı olmadan aparılıb. Ən əsası isə dindirmələr zamanı Pərvizdən mənim əleyhimə ifadə almağa çalışıblar. Lakin bu, baş tutmayıb. Bütün bunlarsa hadisənin bizim komitəyə və şəxsən mənə qarşı qərəzli şəkildə törədildiyini göstərir. Məsələylə bağlı daxili işlər naziri Ramil Usubova etiraz məktubu ünvanladım və bir neçə saatdan sonra DİN mətbuat xidməti sözügedən hadisənin bizim komitəylə əlaqəsi olmadığına dair məlumat yaydı?. E.Behbudov məlum məsələnin rəhbərlik etdiyi komitənin fəaliyyətinə heç bir təsir göstərmədiyini də bildirdi: ?Bu məsələnin nə mənim, nə də rəhbərlik etdiyim komitənin işinə heç bir təsiri olmayıb və biz əvvəlki kimi, öz fəaliyyətimizi davam etdiririk. Bizim komitənin işgəncə faktlarını ortaya çıxarması bəzi dövlət məmurlarını qıcıqlandırır. Dövlət məmurlarımız tənqidi yox, tərifi sevirlər. Bizim komitə isə tənqidedici təşkilatdır. Heç kim başa düşmür ki, biz bu faktları açıqlamaqla, qanunlara zidd fəaliyyət göstərən şəxsləri ifşa edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA