Həkimlərin attestasiyası üçün sənəd qəbulu yekunlazıb

img

01-06-2009 [02:35]


Həkimlərə terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları və təcili təxirəsalınmaz tibbi yardım üzrə ixtisas dərəcəsinin verilməsi üçün attestasiyanın keçirilməsi ilə bağlı sənəd qəbulu bu gün başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi əvvəlki kimi könüllülük prinsipi əsasında keçirilir. Yaxın günlərdə keçiriləcək attestasiyada 150-dən çox tibb işçisinin iştirakı gözlənilir. Səhiyyə Nazirliyi tibbi işçilərinə ixtisas dərəcəsinin verilməsi üçün növbəti attestasiyanı sentyabrda təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA