Təhsil Nazirliyi zagird gündəliklərində səhvə yol verib

img

01-06-2009 [02:32]


Orta məktəblərdə şagirdlərə kitab, dəftər, paltar, qəzet, gündəlik satışının təşkili artıq ənənə xarakteri alıb. Təhsil ocaqlarında yeni dərs ili üçün nəzərdə tutulan məktəbli kitabçalarının (şagird gündəlikləri) satışı şagirdlər yay tətilinə getməzdən öncə yekunlaşıb. 2009-2010-cu tədris ilində istifadə olunacaq gündəliklər şagirdlərə 1 manata satılıb. Qeyd edək ki, həmin gündəliklər ?Təhsil? nəşriyyatında çap olunub. Təhsil Nazirliyinin nəşr etdirdiyi IV sinif üçün məktəbli kitabçasında kobud səhvə yol verilib. Gündəliyin sonuncu səhifəsində respublikamız üçün əlamətdar olan bəzi tarixlər qeyd edilib. Milli Mətbuat gününün tarixi ilə bağlı qeyddə Azərbaycanda ilk milli qəzet olan ?Əkinçi?nin 1875-ci il iyunun 22-də dərc edildiyi yazılıb. Halbuki ?Əkinçi?nin birinci sayı iyul ayının 22-də dərc edilib. Ən təəcüblüsü isə ?Təhsil? Nəşriyyatının yol verdiyi bu xətanı gündəlikləri təsdiq edən Təhsil Nazirliyinin mütəxəssislərinin görməməsidir. Müstəqil İnformasiya Agentliyi məsələ ilə bağlı Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsi ilə əlaqə saxlayıb. Şöbə müdiri Faiq Şahbazlı IV sinif üçün məktəbli kitabçasında yol verilən həmin xətanı texniki səhv adlandıraraq bunu şişirtməyə lüzum görmədiyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA