1 iyun ? Uzaqların Müdafiə Günü Milli Parkda qeyd ediləcək

img

01-06-2009 [01:51]


Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncami ilə 2009-cu il Respublikamızda ?Uşaq ili? elan olunmuş və bununla əlaqədar olaraq müvafiq tədbirlər planı hazırlanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Müstəqil İnformasiya Agentliyinə məlumat verib. Məlumata görə, Tədbirlər Planı çərçivəsində Uşaqların Beynəlxalq Müdafiə gününün qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilaçılığı ilə 1 iyun 2009-cu il tarixində saat 16.00-dan 18.00 kimi Milli Parkda uşaqlar üçün musiqili-əyləncəli tədbir keçiriləcək. Tədbirə qatılan uşaqlar ?Uşaq aləminə səyahət? devizi altında keçirilən qeyri-adi uşaq bayramında iştirak edəcəklər. Tədbir çərçivəsində tamaşaçılar istedadlı uşaqların, rəssamların, yaradıcı kollektivlərin, eləcə də idmançıların iştirakı ilə maraqlı əyləncəli-idman proqramlarını, teatr səhnəciklərini izləyəcəklər. Uşaqlar eyni zamanda müxtəlif yarışlara qatılmaq imkanı əldə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA