QHT rəhbəri təhsildəki rüzvətxorluq faktlarını arazdırdığı üçün həbs edilmək təhlükəsi ilə üzləzib

img

01-06-2009 [12:49]


Ağdam rayonunun rəhbərliyi ?Tərəqqi? Regional İnsan Haqları Mərkəzinin direktoru Xəyyam Salmanzadəyə təzyiqlər etməyə başlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə X.Salmanzadənin özü məlumat verib. Mərkəz rəhbəri bildirib ki, rüşvət qalmaqalını araşdırdığı üçün rayon rəhbərliyi ona qarşı təzyiqlərə başlayıb: ?Mənə Ağdam rayonunda olan məcburi köçkünlər müraciət edərək, bildirdilər ki, Ağdam rayon Təhsil Şöbəsi müdirinin göstərişi ilə bütün məktəblərdə məzunlardan attestata görə 100 manat məbləğində pul alıblar . Mən də məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət elədim . Bundan sonra Ağdam rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, polisi, Təhsil Şöbəsi mənə təzyiqlər etməyə başladı. Mənim qardaşım Ağdamda şəhid olub. Amma bu gün şəhidin qardaşı rüşvətxorluq faktını Təhsil Nazirliyə çatdırdığına görə, həbs və rayondan deportatsiya olunmaq təhlükəsi ilə üzləşib. Bunları nəzərə alaraq, mənə köməklik etmənizi xahiş edirəm. İmkan verməyin ki, haqsızlığın qurbanı olum?. X.Salmanzadə onu da vurğulayıb ki, məsələylə bağlı prezident İlham Əliyevə də müraciət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA