TQDK abituriyentlərə xəbərdarlıq etdi

img

30-05-2009 [04:18]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün internet vasitəsilə ?Elektron ərizə? doldurmuş, lakin müvafiq Sənəd Qəbulu Komissiyasında həmin ərizəsini təsdiq etdirməmiş abituriyentlərə xəbərdarlıq edib. Komissiyanın mətbuat xidmətinin əməkdaşı Elnur Nağızadə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, internet vasitəsilə ?Elektron ərizə? doldurmuş abituriyentlər mayın 31-də saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiqlətdirməlidir. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. TQDK-nın məlumatına görə, 110 mindən çox abituriyentin sənədləri təsdiqlənib. Proqnozlara görə, bu ilki abituriyentlərin 120 mindən çox olacağı gözlənilir. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə kömək məqsədi ilə mayın 31-də növbəti sınaq imtahanı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA