Son zəng Səbail rayon məktəblərində qeyd olunub

img

30-05-2009 [03:06]


Ənənəvi olaraq hər il keçirilən ?Son zəng? tədbirləri Səbail rayonunun bütün 17 orta məktəbində təntənəli şəkildə qeyd olunub. Tədbirlərin keçirilməsi üçün məktəblərin rəhbərləri, valideynlər və şagirdlərin özləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bu bilik bayramının yüksək səviyyədə, uzun illər ərzində butun məzunların və iştirakçıların yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər. Rayonun Bayıl yaşayış sahəsindəki 91 saylı orta məktəbinin 5 buraxılış sinfini bu il 101 şagird bitirir. Rəngarəng tərtib olunmuş idman meydançasında toplaşan məzunları və birinjiləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfuqarova məktəb kollektivinin qazandığı uğurlardan danışdı, məzunlara müstəqil həyatda atajaqları addımlarda uğurlar arzuladı. Tədbirdə iştirak edən qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar. Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olundu. Son zəngin çalınması səmaya yüzlərlə rəngbərəng şarların və göyərçinlərin buraxılması ilə müşayət olundu. Keçən il özünün 80 illik yubileyini təntənəli şəkildə qeyd edən M.Rahim adına 7 saylı orta məktəbin məzunları oz bayramlarını gözəl təmir olunmuş ?Sahil Bağı?nda qeyd etdilər. Təntənəli bəzədilmiş bağda toplaşan hazırki və tədbirə dəvət olunmuş keçmiş məzunları salamlayan məktəb rəhbərliyi kollektivinin qazandığı uğurlardan məktəbin məzunlarının həyatda qazandığı nailiyyətlərdən danışdılar, bu ilki məzunlara məktəbin adını həmişə uja tutmağa, onunla fəxr etməyə çağırdılar. Tədbirdə iştirak edən müəllimlər, valideynlər məzunlara gələjək işlərində müvəffəqiyyətlər və həyatda öz layiqli yerlərini tutmaq üçün uğurlar arzuladılar. Rayonun ən qojaman və tanınmış məktəblərindən olan 190 saylı məktəb bu il özünün 62-jı buraxılışını keçirir və 82 məzun məktəbi bitirir. Bu əlamətdar yubiley tədbirinə toplaşan çoxsaylı şagird və qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ji sinfi bitirən məzunlara uğurlar arzuladı, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin respublika fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri Fərmanlar təqdim etdi, 10 nəfər məzunun məktəbi fərqlənmə ilə bitirdiklərini xüsusi vurğuladı. Milli Məjlisin Komissiya sədri, akademik Ziyad Səmədzadə 11-jiləri təbrik etmiş, onlara müstəqil həyatda uğurlar arzulamışdır. Tədbirdə məktəbin 1-ji və 11-ji sinif şagirdlərinin hazırladıqları şer, mahnı və rəqslərdən ibarət çıxışları iştirakçıların çox xoşuna gəldi. Məktəb həyatına əlvida deyən məzunlar bu ilki birinjilərə hədiyyələr təqdim etdilər və tədbir böyük bədii proqramla başa çatdırıldı. Səbail rayonunun 49, 50, 132, 160, 189, 236, 239 saylı məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçdi və məzunların həyatında yaddaqalan bir günə çevrildi. Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İjra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul nümayəndələri iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA