Nemət Pənahlı maliyyə sıxıntısı ilə üzləzib

img

29-05-2009 [06:29]


[b]Milli Azadlıq Hərakatının fallarından olmuş MDP sədri mülkiyyətini satışa çıxarıb[/b] Milli Azadlıq Hərəkatının öncüllərindən olan Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı maliyyə sıxıntısı ilə üzləşib. Belə ki, artıq N.Pənahlının istifadə etdiyi ?Ceep? markalı avtomobilinin üzərinə ?satılır? elanı da vurulub. Buna səbəb kimi MDP sədrinin bu yaxınlarda İsmayıllı Dövlət Təbiət Qoruğu tərəfindən cərimə olunması və məhkəməyə düşməsi olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən şəxsin sözlərinə görə, N.Pənahlının digər işlərində də problemlər yaranıb. Bu səbəbdən də o, kifayət qədər bahalı maşınını satmaq məcburiyyətində qalıb. Yəni onun maliyyə problemləri təkcə məhkəmə ilə bağlı deyil. Yeri gəlmişkən, Bakı Apellyasiya Məhkəməsində Nemət Pənahlı ilə bağlı bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Səbəb qarşı tərəfin - İsmayıllı Dövlət Təbiət Qoruğunun məhkəməyə gələ bilməməsi göstərilib. Məlumat üçün bildirək ki, Nemət bəy qoruq ərazisində, yəni qadağan olunmuş yerdə ov etməsi səbəbindən İsmayıllı Dövlət Təbiət Qoruğu tərəfindən 1000 manat cərimə olunmuşdu. Lakin siyasətçi-ovçu cərimə qərarı ilə razılaşmayaraq, Nəsimi rayon Məhkəməsinə müraciət edərək, qoruğun kəsdiyi cəriməni ləğv etdirməyə nail olmuşdu. Rayon məhkəməsinin qərarı ilə razılaşmayan İsmayıllı Dövlət Təbiət Qoruğu isə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Məsələylə bağlı Nemət bəylə əlaqə saxlamaq istəsək də, keçmiş hərəkatçı telefon zənglərimizə cavab vermədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA