Sabit Bağırov: ?QHT-lərin dövlət qeytiyyatına alınması məsələsi sadələzdirilməlidir?

img

29-05-2009 [06:06]


Bu gün Azərbay?an Media Mərkəzində ?Milli donorun yaranması vətəndaş ?əmiyyətinin fəaliyyətində dəyişiklik yarada bilərmi?? mövzusunda debat keçirilib. Media Hüquqları Mərkəzinin təşkilatçılığı ilə keçirilən debatda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov və Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının i?raçı direktoru Fərasət Qurbanov iştirak ediblər. Sabit Bağırov QHT Şurasının yaranmasının i?timai institutların fəaliyyətində müəyyən dəyişiklik yaratdığını bildirib. Qeyd edib ki, Azərbay?an dövləti milli donor statusunda fəaliyyətə yeni?ə başladığı üçün bu sahədə fövqəladə dəyişikliklər gözləmək doğru deyil: ?Şuranın elan etdiyi müsabiqədə 500-dən artıq QHT iştirak edib. Bu proses i?timai institutların fəallaşması ilə müşahidə olundu. Amma dövlətin QHT-lərə dəstəyi yalnız onlara qrant verməklə məhdudlaşmamalıdır. Mən?ə, QHT-ləri ayrı-ayrı dövlət proqramlarının i?rasına da ?əlb etmək lazımdır. Hər halda QHT Şurasının yaranmasının bu sahədə arzuladığımız dəyişikliklərə səbəb olduğunu söyləmək mümkün deyil?. QHT Şurasının i?raçı direktoru Fərasət Qurbanov isə bu sektorun Azərbay?anda 1995-?i ildən etibarən formalaşmağa başladığını deyib. Onun sözlərinə görə, 1995-2003-?ü illərdə QHT sektoru böyük inkişaf yolu keçib: ?Amma 2003-?ü ildən sonra bu sahədə durğunluq yarandı. Bu proses 2007-?i ilə kimi davam etdi. Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşmasından sonra bu sektorda əməlli-başlı ?anlanma yarandı. Təbii ki, QHT Şurasının fəaliyyətindən narazı olanlar da var. Bu günə kimi 3 mindən artıq QHT qeydiyyatdan keçib. İndiyə kimi bu təşkilatlar harada idi? Niyə dövlət QHT-lərə maliyyə dəstəyi ayıranda üzə çıxdılar? Biz təşkilatların adına, fəaliyyət istiqamətinə deyil, ortaya qoyduqları layihələrə qiymət veririk. QHT Şurasının 2009-2010-?u illərdə həyata keçirə?əyi tədbirlər bu sektorun daha da gü?lənməsinə təkan verə?ək?. Sonra Sabit Bağırov QHT-lərin qeydiyyata alınması prosesinin sadələşdirilməsinin va?ib olduğunu da vurğuladı: ?QHT Şurasının rəhbərliyi bu problemi Ədliyyə Nazirliyinin qarşısında qaldırmalıdır?. Fərasət Qurbanov təmsil etdiyi qurumun xari?i donor təşkilatlarının ögey yanaşdığı sahələrə də maliyyə vəsait ayırdığını dedi: ?QHT Şurası ötən il vətənpərvərlik mövzusunda 18, bu il isə 20-dən artıq layihəni maliyyələşdirib. Ötən müddət ərzində Dağlıq Qarabağ münaqişəsilə bağlı 10-a yaxın saytın yaradılmasına maliyyə dəstəyi vermişik. Qarşısına Azərbay?an-Ermənistan münaqişəsində ölkəmizin haqq səsini dünyaya çatdırmaq vəzifəsini qoyan bir neçə layihəni dəstəkləmişik. Həmçinin xari?i donor təşkilatlarının barmaqarası yanaşdıqları mədəniyyət sahəsinin inkişafına da lazımi dəstək vermişik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA