Səhiyyə Nazirliyi saxta dərmanların satızına qarzı nəzarəti gücləndirir

img

29-05-2009 [05:59]


Son dövrlər apteklərdə müşahidə olunan bahalaşma saxta dərman preparatlarının satışdan yığışdırılması ilə bağlıdır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli məlumat verib. Bildirib ki, Səhiyyə Nazirliyi saxta dərmanların satışdan yığışdırılması işinə nəzarəti gücləndirib: ?Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində, apteklərdə qiymət siyasətinə müdaxilə etmir. Son dövrlər müşahidə olunan bahalaşmanın əas səbəblərindən biri saxta, respublikaya qeyri-qanuni yolla gətirilmiş, qeyri-peşəkar şəraitdə istehsal olunmuş dərman preparatlarının satışdan yığışdırılması ilə əlaqədardardır. Səhiyyə Nazirliyi belə hallara nəzarəti gücləndirib. Belə dərmanları ölkə ərazisinə gətirmək ucuz başa gəldiyindən, onların qiymətləri də originallarla müqayisədə ucuz olur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA