Hazırda təmir edilən Respublika Doğum Evinin adı dəyizdirilib

img

29-05-2009 [05:42]


?Hazırda təmir edilən Respublika Doğum Evi yeni avadanlıqla təmin olunur və ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulur. Onu da bildirim ki, Respublika Doğum Evinin adı dəyişdirilib, Prenetal Mərkəz adlandırılacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli deyib. Qədirli bildirib ki, Doğum Evi üçün alınan bütün avadanlıqlar Avropa standartlarına uyğundur və Almaniya, İtaliya, Yaponiyadan gətirilib. A.Qədirlinin sözlərinə görə, bu il ərzində 280 xəstəxana təmirdən çıxıb və ilin sonuna kimi təmirdə olan xəstəxanaların təhvil veriləcəyi gözlənilir. Mətbuat kabibi deyib ki, Respublika Kliniki Mərkəzinin korpuslarının və 4 nömrəli xəstəxananın da ardıcıl olaraq təmiri gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA