GLUT millət vəkillərinə və rayon rəhbərliyinə müraciət edəcək

img

29-05-2009 [03:32]


?Gənc Liderlər? Uşaq Təşkilatı Bakı şəhəri 53 saylı orta məktəbdə məktəbli Hacıağayeva Əminənin hüquqlarının pozulması, əsasız iddialarla hərbi hazırlıq fənnindən ?2? qiymətini alması ilə bağlı araşdırmalarını davam etdirir. Bu barədə mia.az-a verilən məlumata görə, əgər əvvəl məktəb direktoru şagirdin ?2? almasına onun dərslərinə hazır olmaması səbəbini göstərirdisə, artıq yeni bəhanə tapıb. Belə ki, GLUT-un Əminə üçün xüsusi imtahan komissiyasının təşkil olunması tələbi qarşısında geri çəkilən rəhbərlik, indi də davamiyyət bəhanəsi ilə çıxış edir. Direktor məktəblini hərbi hazırlıq fənninin 8 dərs saatını buraxdığın iddia edir. GLUT-un araşdırmaları isə göstərir ki, Əminə cəmi bir neçə dərs buraxıb və bunun səbəbi də elə məktəb direktorunun özüdür. Belə ki, əvvəlcə onu müxtəlif ictimai tədbirlərə hazırlaşmaq üçün dərsdən şəxsən azad edən rəhbərlik indi bundan ona qarşı istifadə edir. Amma şahidlər bütün hallarda Əminənin dərsdən qalmasını direktorun şəxsən razılığı ilə baş tutduğunu deyir. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məktəbi müdafiə edərək, şagirdə payız imtahanını gözləməyi məsləhət görüb. Məsələylə bağlı açıqlama verən GLUT sədri Fərid Şahbazlı prezidentin sərəncamı ilə elan olunan ?Uşaq ili?ində bu cür halları yolverilməz sayır: ?Məktəbliyə şəxsi münasibətə görə, qiymət vermək ədalətsizlikdir. Əminəyə əsassız olaraq ?2? yazıblar, indi də deyirlər qiyməti jurnaldan poza bilmərik. Əgər səbəb davamiyyatdırsa, bu məktəbdə X-XI siniflər arasında şagird tapmaq mümkün deyil. Biz sona qədər mübarizə aparacağıq, Məsələyə təhsil nazirinin reaksiyasını gözləyirik. Nəticə olmasa millət vəkillərinə və Yasamal rayonunun icra başçısına müraciət edəcəyik. Uşaqların qarşıdan gələn bayramı ərəfəsində belə halların baş verməsinə görə təəsüflənirik və mətbuatdan dəstək gözləyirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA