Milli Məclisdə 2008-ci ilin dövlət büdcəsinin icra vəziyyəti müzakirə olunur

img

29-05-2009 [02:10]


Milli Məclis bu gün 2008-ci ilin dövlət büdcəsinin icra vəziyyətini müzakirə edir. Büdcənin icra vəziyyətinə dair məruzəni parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edim. Deputat 2008-ci il üçün dövlət büdcəsinin büdcə sistemi haqqında qanuna uyğun hazırlandığını və ölkənin sosial-iqtisadi inkişafını əks etdirdiyini nəzərə çatdırıb. Büdcə hazırlananda neftin bir barelinin dünya bazarındakı qiymətinin 70 dollar hesablandığını, lakin ilin ortalarında bu qiymətin kəskin artdığını, sonra isə kəskin azaldığını, orta illik qiymətin 97,6 dollar olduğunu vurğulayan Z.Səmədzadə onu da bildirib ki, hökumət qabaqlayıcı tədbirlər görərək qiymət oynamasının əhaliyə təsirini önləyib. İllik büdcə proqnozlarının yerinə yetirildiyini deyən Z.Səmədzadə yerli büdcə gəlirlərinin icrasında problemlər olduğunu da bildirib: ?Yerli strukturlar büdcə gəlirləri ilə bağlı şişirdilmiş rəqəmlər təqdim ediblər. 2008-ci ildə yerli büdcə gəlirlərinin ümumi büdcədəki payı cəmi 3,5 faiz olub. 2008-ci il ərzində fiziki şəxslərdən toplanan gəlir vergisinin azalıb, bu isə əmək müqavilələrinin təqdim olunmaması ilə bağlıdır?. Deputat elm sahəsindəki xərcləmələrlə bağlı narazılığını dilə gətirib. Onun sözlərinə görə, Elmlər Akademiyası və tabeçiliyində elmi tədqiqat institutları olan qurumlar elmin inkişafına ayrılan pulların səmərəli xərclənməsi məsələsinə diqqəti artırmalıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA