Uzaq Cəzaçəkmə Müəssisəsində bayram tədbir keçirilib

img

29-05-2009 [01:45]


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıdan gələn 1 iyun - Beynəlxalq Uşaqlar gününü qeyd edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında sözügedən komitənin mətbuat xidmətinin rəhbəri Lətafət Tağızadə məlumat verib. Onun sözlərinə görə, ayın 27-si Uşaq Cəzaçəkmə Müəssisəsində incəsənət ustalarının iştirakı ilə tədbir keçirilib. Həmin gün YAP-ın Xətai rayon şöbəsində uşaqların əl işlərinin sərgisinə yekun vurulub: ?Mayın 29-da Əzizbəyov rayon Mədəniyyət Klubunda və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirəcəyik. Burada həmçinin uşaqların rəsm əsərlərindən ibarət sərgi və bədii əyləncəli proqram keçiriləcək. Bu tədbirlər 2009-cu ilin uşaq ili elan olunması çərçivəsində keçirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA