28-05-2009 [06:29]
[/center]
AXCP sədri Əli Kərimli də bugünkü günün Azərbaycanın ən önəmli və ən şərəfli günü olduğunu dedi: ?Azərbaycanın böyük oğulları 91 il öncə Azərbaycan adlı dövləti yaradaraq, tanıdaraq, dünyaya xalqımızı dövlət quran xalqların sırasına yazdılar. Biz hər il bu günü sevə-sevə qeyd edirik. Amma bu il bu əlamətdar bayramı qeyd edən zaman, bu yaxınlarda bizim gənclərimiz terrorun, cinayət və səhlənkarlıq qurbanı oldular. Fikir verirsinizsə, burda güclü mikrafonlar yoxdur, işıq kəsilib. Siz mövcud hakimiyyət tərəfindən Xalq Cümhuriyyətinə ögey münasibəti illərdir ki, görürsüz. Xalq Cümhuriyyətini quranların fəaliyyətindən bəhrə götürənlər, Azərbaycan dövlətini bir sex olaraq mənisəmə obyektinə çevirənlər, hələ də nankorluqlarını davam etdirirlər. Hazırda Cümhuriyyətlə, Rəsulzadə və onun silahdaşları ilə bağlı fikirlərin daha çox çatması kimlərisə narahat edir. Bizim səsimizin daha çox adama çatmaması üçün bu gün bizim işığımız və güclü mikrafonumuz yoxdur. Amma onlar başa düşmürlər ki, əgər 70 il ərzində sovet təbliğat maşını bu dövlətin qurucularını millətin yaddaşından və Azərbaycanın şərəfli tarixindən silə bilmədilərsə, bu, biçarə və yazıqlar o işi bacararlarmı? Əlbəttə, bacarmazlar. Çünki Xalq Cümhuriyyətinin quran insanlar Məmməd Əmin Rəsulzadə öndərliyində Azərbaycanı təmənnasız sevdilər, Azərbaycan üçün yaşadılar. Azərbaycanı çapıb-talamağı bir gün də ağıllarına gətirmədilər. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Azərbaycan xalqı bu Cümhuriyyəti 91-il bundan əvvəl quranlarla fəxr edir?.
Ümid Partiyasının sədri İqbal Ağazadə 91 il əvvəl Rəsulzadənin silahdaşları ilə qurduğu bu Cümhuriyyətin demokratik yol və nişanəsi Azərbaycan xalqının bu günkü nəsilinə də nəsib olacağını bildirib: ?Əminəm ki, hamımızı sıxan və uzun illər mübarizə apardığımız mövcud rejimdən qurtulacağıq. Ən zəif mübarizə və mücadilələrin sonu belə qalibiyyətlə nəticələnib. Hesab edirəm ki, gec-tez Azərbaycan xalqının potensialı bu məmləkətdə və ölkədə demokratik respublika qurmağa yetərli olacaq?.
VİP sədri Əli Əliyev dedi ki, tədbirə yığışan insanlar bu tarixi məsuliyyətin nə qədər ağır və vacib olduğunu duymalıdırlar: ?Bizim tərəfdarlarmızın sayı kifayət qədər böyükdür. Bütün böyük ideyalar vaxtilə imtahana məruz qalıblar. Heç kimə sirr deyil ki, mövcud hakimiyyət bizə təxribatlar törədir. Bizi bölgələrə böldülər, təriqətlərə və müxtəlif dinlərə böldülər. İndi bizim məqsədimiz bu səhvlərdən nəticə çıxardıb birləşməkdir. Bu hakimiyyətin fərsizliyi nəticəsində bütün dünya bizdən torpağın verilməsini tələb edir. İqtisadiyyatımız iflasa uğrayıb, işsizlik artaraq insanları pərakəndə vəziyyətinə salıb?.
ALP sədr əvəzi Əvəz Temirxan isə Məmməd Əmin Rəsulzadənin portretinin ana nəsillə bərabər, bağrına basan körpələrin də olduğunu vurğuladı: ?Nə qədər ki, belə körpələrimiz var, Azərbaycan həmişə yaşayacaqdır. Kim nə qədər istəsə, onun elektrik enerjisini kəsə bilməyəcək. Biz mübarizə enerjimizi bu hakimiyyətin gündə beş dəfə kəsdiyi elektrikdən almırıq. Bu körpələr enerjini Məmməd Əmin Rəsulzadənin ideyalarından və onun bizə miras qoyduğu bayraqdan alırlar. Ulu öndər Rəsulzadənin qurduğu Cümhuriyyət dağılandan üç il sonra yeni türk dövləti ? Atatürkün Cümhuriyyəti quruldu. Bu gün o Cümhuriyyət bütün türk dünyasının dayağıdır. Təsadüfi deyil ki, Məmməd Əmin Rəsulzadənin nəşi Tükiyədə öz rahatlığını tapır. Hesab edirəm ki, biz ruhdan düşməməliyik. Böyük Atatürk demişkən, Atatürk məmləkətin dayağı və təməli olduğu kimi, türk dünyasının da təməli olacaqdır?.
ADP sədri Sərdar Cəlaloğlu respublikaçılığın bir ideya olduğunu nəzərə çatdıraraq, dedi ki, respublikaçılıq ideyasının yaranmasının yeganə səbəbi, vətəndaşın hakimiyyətin zorakılığından və ədalətsizliyindən qorumaqdır: ?Ona görə də hakimiyyətdəkilərdən respublikanın qorunmasını tələb etmək və demokratik addımların atılmasını gözləmək, respublikaçılığın məntiqinə ziddir. Həmişə sual verirlər ki, nə üçün Qərb Şərqdən daha yaxşı inkişaf edib. Çünki Qərb respublikaçılıq həyat tərzini yaşayır. Dövlətin inkişafın, sülhün, tərəqqinin yeganə əsası respublikaçı siyasi rejimdir?.
Müsavat başqanı İsa Qəmbər bu ilin həmçinin, Məmməd Əmin Rəsulzadənin 125 illik yubileyi olduğunu nəzərə çatdırdı: ?Bu gün xalqın ürəyində Rəsulzadəyə nə qədər böyük məhəbbət varsa, hakimiyyətdə olanlarda bir o qədər biganəlik var. Biz Cümhuriyyətini bütün qurucularını böyük şəxsiyyətlər olduğunu yaxşı bilirik. Biz Rəsulzadənin həyatını və irsini öyrəndikcə, onun nə qədər ləyaqətli mübarizə yolunu keçdiyini, xalqa xidməti hər şeydən üstün tutduğunu dəfələrlə şahidi oluruq. Tariximizdə Rəsulzadə ilə müqayisə ediləcək şəxsiyyətlər tapmaq çox çətindir. Hər halda, o şəxsiyyətləri indiki mərhələdə, xüsusən, indiki hakimiyyətin içində axtarmağa əsas yoxdur. Bu yersiz qısqanclığa son qoyulmalıdır. Çünki onlar heç vaxt bundan fayda tapmayacaq?.
Daha sonra az yaşlı uşaqlar Rəsulzadəyə və Cümhuriyyətə aid şerlər söylədilər. Rəsulzadənin yaxınlarının məzarlarını ziyarət edən müxalifət nümayəndələri sonra Milli Hərəkat lideri Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər.
Bu gün müxalifətin aparıcı qüvvələri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 91-ci il dönümü ilə əlaqədar Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçirib. Aksiyada Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının liderləri və digər müxalifət partiyalarının nümayəndələri iştirak ediblər.
[center][lib]2010/arif-cixis.jpg[/lib][/center]
[center][lib]2010/isa-cixis.jpg[/lib][/center]
[center][lib]2010/eli-cixis.jpg[/lib][/center]
[center][lib]2010/serdar-cixis.jpg[/lib][/center]
[center][lib]2010/iqbal-cixis.jpg[/lib][/center]
[center][lib]2010/evez-cixis.jpg[/lib][/center]
[center][lib]2010/eli-eliyev-cixis.jpg[/lib][/center]