Azərbaycan rabitəçiləri iranlı həmkarları ilə görüzəcəklər

img

28-05-2009 [02:54]


İyunun1-3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və ölkənin GSM-operatorlarının əməkdaşlarından ibarət nümayəndə heyəti İranın paytaxtı Tehran şəhərinə səfər edəcək. Səfərin məqsədi İran İslam Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin və qonşu ölkənin GSM-operatorlarının nümayəndələri ilə sərhədyanı ərazilərdə GSM-tezliklərini razılaşdırılması və koordinasiyasıdır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, görüş sərhədyanı ərazilərdə həmin tezliklərin kəsişmə hallarının qarşısının alınması və burada normal mobil rabitənin təmin olunması məqsədi ilə keçirilir. Azərbaycanın İranla sərhədyanı bölgələrində iki ölkəyə məxsus GSM-tezliklərinin kəsişməsi mobil rabitə xidmətinin normal fəaliyyətinə bəzi maneçiliklər törədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA