Kütləvi zəhərlənmə halları Səhiyyə Nazirliyini ət və balıq satızına nəzarəti gücləndirmək məcburiyyətində qoydu

img

28-05-2009 [02:51]


Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə bazarlardakı ət və balıq satışı yerlərində sanitar vəziyyətə nəzarəti gücləndirmək barədə tapşırıq verib. Mərkəzin bütün rayon şöbələri ət və balıq satışı yerlərində sanitar qaydalara necə nəzarət olunduğunu araşdırmağa başlayacaq. Paytaxt bazarlarında aparılacaq yoxlamalarda Bakı Baş Baytarlıq İdarəsinin nümayəndələri də iştirak edəcəklər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Müstəqil İnformasiya Agentliyinə bildirib ki, nəzarət tədbirlərinin gücləndirilməsinin səbəbi son vaxtlar qida zəhərlənmələri hallarının artmasıdır. Qeyd edək ki, ölkədə qida zəhərlənmələrinə dair faktlar kifayət qədər çoxdur. Belə faktlar bəzən kütləvi, bəzən isə fərdi hallarda qeydə alınır. Zəhərlənmələrin sayı 5 nəfərə qədərdirsə, bu, fərdi, 5 nəfərdən çoxdursa, kütləvi zəhərlənmə sayılır. Bakı bazarlarında ət və balıq satışında pərakəndəlik müşahidə olunmaqdadir. İ.Abdullayevin sözlərinə görə, ölkədə yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərinə ciddi riayət olunmur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı maarifləndirmə işləri, gigiyenik normalara cavab verməyən məhsulları istehsal edənlərə kəsilən cərimələr və digər tədbirlər hələ ki sözügedən problemin qarşısını ala bilmir. İ.Abdullayevin sözlərinə görə, bazarlarda satıcıların əksəriyyətində məhsulun keyfiyyətini təsdiq edən sənəd yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA