Artur Rasizadə Dünya Bankının Cənubi Qafqaz Ölkələri üzrə Regional direktoru ilə görüzüb

img

27-05-2009 [07:34]


Bu gün Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz Ölkələri üzrə Regional direktoru Əsəd Aləmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dünya Bankının nümayəndələri Azərbaycanda aparılan iqtisadi islahatların səmərəli nəticələri barədə fikirlərini bildirmiş, iqtisadi-sosial sahələrdə ölkəmizdə müşahidə olunan böyük irəliləyişləri xüsusi vurğulayıblar. Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən sosial və infrastruktur layihələrinin icra vəziyyəti, əldə olunan nəticələr təhlil edilmiş, layihələrin həyata keçirilməsini sürətləndirmək yolları barədə geniş müzakirə aparılıb. Görüşdə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın daha da genişləndirilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA