Ramil Səfərov həftədə bir dəfə ailə üzvlərilə telefon əlaqəsi saxlayır

img

27-05-2009 [07:28]


Macarıstanda ömürlük həbsə məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun atası Sahib Səfərovun Müstəqil İnformasiya Agentliyinə oğlunun hazırkı durumu barədə məlumat verib: ?Ramil həftədə bir dəfə evə zəng edir. Onun yeməkxana və danışıq xərcləri Ramil Səfərov Fondu tərəfindən ödənilir. Oğlum kimi vətənpərvər insanlar var ki, onun üçün açılmış fonda imkanları çatdığı qədər pul köçürürlər. O da bunun sayəsində bizimlə əlaqə yarada bilir?. S.Səfərov oğlunun vəziyyətinin normal olduğunu da deyib: ?Oğlum tək kamerada qalır, gündə bir saat ərzində gəzintiyə çıxarılır və həftədə bir dəfə 10 dəqiqə ərzində bizimlə əlaqə yaratmaq hüququ var. Onun indiki vəziyyətindən şikayəti yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA