Bələdiyyələrin birləzdirilməsi ilkin mərhələ üçün səmərə verə bilər

img

27-05-2009 [02:30]


?Bələdiyyələrin birləşdirilməsi onların qarşılaşdığı problemlərin azaldılmasına müəyyən qədər təsir göstərəcək. Faktiki olaraq, 993 bələdiyyənin birləşdirilməsi, yaxın gələcəkdə seçkidən sonra yeni formalaşan bələdiyyələrin həm maliyyə imkanlarına müəyyən qədər təsir göstərə bilər, həm də onların əhali ilə birbaşa işləməsinə və öz üzərlərinə düşən məsuliyyət yükünü artırmağa imkan verəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AVCİYA-nın eksperti Vüqar Tofiqli deyib. Onun qənaətincə, bələdiyyələrin maliyyə problemi ilə üzləşməsi istənilən halda onların vəziyyətlərinə və iş prinsipinə pis təsir göstərib: ?Onların digər problemləri isə bələdiyyədaxili münasibətlərin və üzvlərinin təcrübəsiz, müəyyən qədər ali təhsil məsələlərinin orada tam şəkildə öz əksini tapmaması iş prinsiplərinə mənfi təsir göstərir. Bundan əlavə, bələdiyyə qanunvericiliyindəki boşluqların mövcudluğu, yerli icra hakimiyyəti orqanlarının onların işlərinə müdaxilə etməsi, istənilən halda bələdiyyə sisteminin daha yüksək səviyyəli inkişafına əngəl yaradır?. İqtisadçı-ekspert onu da bildirib ki, bələdiyyələrin birləşdirilməsi bələdiyyə sistemini tam şəkildə formalaşdırmayacaq: ?Bu kimi problemlərin aradan qaldırılması üçün atılan vacib addımlardan bir də bələdiyyələrin sayının azaldılmasıdır. Bələdiyyələrin birləşdirilməsi ilkin mərhələ üçün səmərə verə bilər. Bundan başqa, hətta ilkin dövrdə də müəyyən problemlərin yaranması ehtimalı böyükdür. Bu iş prinsipi yarımçıq qalmamalıdır, davam etdirilməlidir. Bu gün bələdiyyə qanunvericiliyinin ekspertizadan keçirilib, daha da təkmilləşdirilməsinə ehtiyac var. Bununla yanaşı, bələdiyyə ilə icra hakimiyyəti strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi vacibdir. Proseslərin həyata keçməsində istər vətəndaş cəmiyyətinin təmisilçiləri, istərsə də cəmiyyət buna hazır olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA