20 il ərzində metrostansiyaların sayı 68-ə çatdırılacaq

img

27-05-2009 [01:26]


?Azadlıq? yeni metrostansiyası ilin sonuna kimi şəhər sakinlərinin istifadəsinə veriləcək?. Bunu Müstəqil İnformasiya Agentliyinə Bakı Metropoliteninin mətbuat katibi Nəzakət Tanrıverdiyeva deyib. Onun sözlərinə görə, yeni stansiya Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarının əhalisinə xidmət göstərəcək. Hazırda yeni stansiyanın tikintisinin sürətlə davam etdiyini deyən N.Tanrıverdiyeva bildirib ki, tunelin qazılması üçün yeni avadanlıqlar da alınıb və bu da gün ərzində 25 metr tunel qazmağa imkan verir. Sözügedən avadanlığın dəyəri isə 14 milyon dollar civarındadır. N.Tanrıverdiyeva onu da deyib ki, prezidentin ötən ilin noyabr ayında verdiyi sərəncamına əsasən, metropolitenin inkişafı üçün 20 illik plan tərtib olunub: ?Plana əsasən 20 il ərzində metrostansiyaların sayı 68-ə çatırılacaq. Gələn il 3 mikrorayon ərazisinə yaxın ərazidə ?Cavad xan? metrostansiyasının tikintisinə də başlanılacaq. İlk növbədə isə ?Nəsimi?, ?Azadlıq?, ?Dərnəgül? metrostansiyaları və yeni Avtovağzala yaxın ərazidə yeni metrostansiyanın tikilməsi nəzərdə tutulub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA