Ali Məhkəmə ?Əbu Bəkr? məcsidinin açılmasına icazə vermədi

img

27-05-2009 [01:02]


[b]Bu gün Ali Məhkəmədə ?Əbu Bəkr? məscidinin fəaliyyətinə icazə verilməsi barədə kassasiya şikayətinə baxılıb. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb və kassasiya şikayətini təmin etməyib. [/b] Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlama verən ?Əbu Bəkr? məscidinin vəkili Cavanşir Süleymanov Ali Məhkəmənin qanunsuz qərar çıxardığının bildirib: ?Açığı, biz əvvəlcədən belə bir qərarın çıxarılacağını gözləyirdik. Çünki məsələyə əvvəlcədən ədalətli yanaşılmırdı. Deyirdilər ki, istintaq başa çatsın, sonra məsələ həll olunar. İstintaq da başa çatdı, amma məscidin açılmasına imkan verilmədi. Əgər terror aktı əsas gətirilirsə, onda gərək Neft Akademiyası da bağlanaydı. İndi də Ali Məhkəmə Apellasiya Məhkəməsinin qərarını qüvvədə saxladı və kassasiya şikayətini təmin etmədi. Hesab edirik ki, bu, qanunsuz qərardır?. C.Süleymanov onu da bildirib ki, Ali Məhkəmənin qərarından əvvəlcə Konstitusiya Məhkəməsinə, sonra Avropa Məhkəməsinə müraciət edəcəklər. Xatırladaq ki, ?Nərimanov Rayon Dindarları? Dini İcması ?Əbu Bəkr? məscidinin açılması xahişi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək, məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarıb. Lakin sonradan cavabdeh tərəfin şikayəti əsasında məhkəmə işə yenidən baxıb və 2008-ci il dekabrın 23-də iddianı rədd edib. Səbəb kimi isə məsciddə baş verən terror hadisəsi ilə əlaqədar aparılan istintaqın hələ yekunlaşmaması göstərilib. İcma bundan sonra apellyasiya şikayəti versə də, məhkəmə onu təmin etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA